Ankara Özəl Güven Xəstəxanasının Bakıda əlaqə ofisinin açılışı münasibətilə tədbir keçirilib
Bu gün Bakının Hilton otelində Ankara Özəl Güven Xəstəxanasının Bakıda əlaqə ofisinin açılışı münasibətilə tədbir keçirilib. SİA-nın xəbərinə görə, Türkiyənin Azərbaycandakı səfirinin, millət vəkillərinin, ziyalıların, türkiyəli qonaqların iştirak etdiyi tədbirdə xəstəxananın idarə heyətinin sədri Nüket Küçükel Ezberci bildirib ki, Ankara Güven klinikası son illərdə artan xəstələri daha çox cəlb etmək məqsədi ilə xarici ölkələrdə əlaqə ofisləri açır.
Qeyd olunub ki, Ankara Güven Xəstəxanası 1974-cü ildə Küçükel ailəsi tərəfindən təsis edilən ilk özəl xəstəxanalardan biridir. Ümumilikdə bir il ərzində qəbul edilən ümumi xəstə sayı 260 min nəfər təşkil edir. Bununla belə bildirilib ki, bu gün fəaliyyətini mövcud standartlar səviyyəsində quran Ankara Güven xəstəxanası 200 həkim və 350 tibb bacısının daxil olduğu 1200 nəfərlik yüksək peşəkarlığa sahib işçiləriylə fəaliyyət göstərir. N.K.Ezberci Ankara Güven xətəxanasının çeşidli və səmərəli müayinəni geniş spektrdə həyata keçirməyi vacib vəzifə olaraq qarşıya qoyduğunu və xidmət göstərdiyi bütün istiqamətlərdə təkmilləşməyi özünün strategiyası olaraq seçdiyini qonaqların diqqətinə çatdırıb.
Onun sözlərinə görə, xəstəxana təkcə Türkiyədən deyil, xaricdən də çox sayda xəstə qəbul edir: "İndi Azərbaycandan olan patsientlər Bakı əlaqə ofisi vasitəsi ilə onları narahat edən məsələlər barədə daha müfəssəl məlumat alacaqlar, ödəniş, səfər, yerləşmə, müayinə və müalicə prosedurlarını ofis daha tez həll edəcək, müalicənin rahatlığı və effektivliyi yüksələcəkdir. Bununla belə xəstəxananın Beynəlxaq xəstə xidmətləri deportmaneti ilə intensiv və ahəngdar koordinasiyaya nail olacaq, nəticədə isə xaricdən, o cümlədən Azərbaycandan olan xəstələrə mükəmməl xidmət göstəriləcəkdir", - deyə sözlərinə əlavə edib.
Daha sonra xəstəxanın muasir üslubda görünüşünü əks etdirən videoçarx nümayiş olunub. Digər çıxış edənlər Türkiyənin Azərbaycandakı səfiri Hulisi Kılıç, millət vəkili Məlahət İbrahimqızı və s. qonaqlar xəstəxananın Bakıda əlaqə ofisinin açılışı münasibətilə təəssüratlarını bölüşüblər.
Sonda tədbir bədii-kompozisiya ilə davam etdirilib.
Qeyd edək ki, Ankara Özəl Güven Xəstəxanasının Bakıdan sonra İraq, Liviya və iki Afrika ölkəsində əlaqə ofislərinin açılması gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB