Ümumdünya İqtisadi Forumu müstəqil beynəlxalq təşkilatı 2007-2008-ci illərdə qlobal rəqabət qabiliyyətinə dair illik məruzə dərc edib ki, məruzədə Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti reytinqdə 66-cı yeri tutub.
Rusiya iqtisadiyyatının hazırkı vəziyyəti reytinqdə 58-ci yerlə qiymətləndirilib. Qazaxıstan 61, Özbəkistan 62, Tacikistan 117, Qırğızıstan 119-cu yerdə qərarlaşıb.
Amerika Birləşmiş Ştatları reytində 131 ölkə arasında birinci yeri tutur. Ən çox rəqabət qabiliyyətinə malik ölkələrin onluğuna İsveçrə, Danimarka, İsveç, Almaniya, Finlandiya, Sinqapur, Yaponiya, Böyük Britaniya və Niderland daxildir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci ildə keçirilmiş İllik Davos Forumunda iştirak edib. 24-27 yanvar 2008-ci il tarixində keçirilmiş Ümumdünya İqtisadi Forum "Birgə Əməkdaşlıq sayəsində Yeniliyin Gücü" (The Power of Colloborative Innovation)adlandırılmışdır. Forum aşağıdakı istiqamətlər üzrə təşkil olunmuşdur:
1. Biznes – əməkdaşlıq etməklə rəqabət aparmaq.
2. İqtisadiyyat və maliyyə – iqtisadiyyatda qeyri-stabilliyin aradan qaldırılması.
3. Geosiyasət – bölünmüş maraqların uzlaşdırılması.
4. Elm və texnologiya – ətraf mühitin yeni hüdudlarının kəşf edilməsi.
5. Dəyərlər və cəmiyyət – gələcək meyillərin dərk olunması.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumda aşağıdakı sessiyalarda iştiraka dəvət olunmuşdur:
• Sülh və sabitliyə doğru
• 2008-ci ilin yenilikləri: Mərkəzi Asiya – Boru kəmərləri siyasətinin kənarında
• Energetika sənayesi: Zəifləyən sənayedir?
Dövlət başçısı səfər çərçivəsində həmçinin nüfuzlu iş adamları və dövlət xadimləri ilə ikitərəfli görüşlər keçirib. Ümumdünya İqtisadi Forumunun 2011-ci il sentyabrın 8-də yayılan hesabatına görə, Azərbaycan qlobal rəqabətlilik indeksində 18 pillə irəliləyib. Azərbaycan bu sahədə 133 ölkə arasında 51-ci yerdədir, 2010-cu ildə isə 69-cu idi.
Ümumdünya İqtisadi Forumu Azərbaycanda iqtisadi sabitliyi və iş bazarında vəziyyətin yaxşılaşmasını xüsusilə qeyd edir.
Ümumdünya İqtisadi Forumu yaydığı məlumatda qeyd edir ki, ölkələrin rəqabət qabiliyyəti 110 sahə üzrə vəziyyətə dair açıq informasiyalar əsasında qiymətləndirilib. Qiymətləndirmədə üçün 133 ölkədə 13 sahibkar arasında sorğu da keçirilib.Təşkilat Azərbaycanı milli ehtiyatları və büdcəsi artan, dövlət borcları az olan bir dövlət kimi xarakterizə edir.
Hesabata əsasən, Azərbaycanda bir iş qurmaq üçün keçilməsi mütləq olan proseduraların sayı 13-dən 6-ya, bunun üçün lazım olan vaxt isə 30 gündən 16 günə endirilib.
Ümumdünya İqtisadi Forumu biznesin qarşısında duran problemlərin də az olmadığını qeyd edir. Ən böyük problem isə korrupsiyadır.
Ümumdünya iqtisadi Forumunun sorğusunda iştirak edən iş adamlarının 20 faizə yaxını biznesə ən böyük maneənin korrupsiya olduğunu deyib. Biznesə mane olan 15 mümkün faktor sırasında sahibkarlar korrupsiyadan sonra işçi qüvvəsinin uyğun savadının olmamasını, vergilərin yüksəkliyini, vergi qanunvericiliyini və bürokratik əngəlləri sadalayıblar.
28 yanvar 2011-ci il Davosdakı Ümudünya İqtisadi Forumunda Avstriya İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə birgə naharda Azərbaycan prezidenti İlham Əliyev bu fikirləri səsləndirib: "Hazırda biz uğurlu və davamlı gələcəyi təmin edəcək iqtisadiyyatın sektorları üzərində çalışırıq. Ümumdünya İqtisadi Forumu rəqabət qabiliyyəti baxımından Azərbaycan iqtisadiyyatını yüksək qiymətləndirir".
Prezident qeyd edib: "Biz gələcəyimizi regionda yaxşı mövqeyə və qonşularla yaxşı münasibətlərə, o cümlədən Avropa ilə strateji əlaqələrə malik olduqca dinamik və inkişaf etmiş ölkə kimi görürük".
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramına qoşulub: "Biz avropalı tərəfdaşlarımızla həyatımızın bütün sahələrini əhatə edən bu proqramın reallaşdırılması üzərində işləyirik. Biz iqtisadi və siyasi islahatları paralel şəkildə aparırıq. Ölkəni müasirləşdirmək, davamlı iqtisadiyyat qurmaq və güclü siyasi sistem yaratmaq üçün əlbəttə ki, biz siyasi və iqtisadi islahatlar sahəsində daha çox çalışmalıyıq.".
İlham Əliyev deyib: "Son 15 il ərzində Azərbaycana 95 milyard ABŞ dolları məbləğində sərmayə yatırılıb. Bu sərmayələrin demək olar ki, yarısı xarici sərmayələrdir. Biz sərmayələrin qorunması üçün güclü hüquqi baza yaratmışıq və bütün əsas enerji müqavilələrimiz parlament tərəfindən təsdiq olunur və qanun qüvvəsini almaq məqsədi ilə prezident tərəfindən imzalanır. Bu o deməkdir ki, hətta biz istəsək belə həmin müqavilələrin şərtlərini dəyişdirmək hüququmuz yoxdur".
Prezident onu da əlavə edib ki, iqtisadi-siyasi cəhətdən tam müstəqil olan Azərbaycan Respublikası bölgənin mühüm strateji əhəmiyyət kəsb edən bir ölkəsi kimi, Avropa və dünyanın maliyyə institutları arasında sıx əlaqələrin tərəfdarıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB