KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

25 yanvar 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitə­lərinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şura­sı­nın növ­bəti iclası ke­çi­rilib. Iclası giriş sözü ilə açan Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclasın gündəliyindəki məsələlər barədə məlumat verib:


1. Fondun 2011-ci ildəki maliyyə hesabatının müzakirəsi və qiymətləndirilməsi;


2. 2012-ci il üçün Tədbirlər Planının müzakirəsi və təsdiqi;


3. Ekspertlərin müəyyənləşdirilməsi və təsdiqi;


4. Cari məsələlər.

Kütləvi İnformasiya Vasitələ-rinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qurumun 2011-ci ildəki fəaliyyətinin yekunları barədə geniş məlumat verib. 2011-ci ildə Fonda dövlət büdcəsindən 2 milyon 406 min 984 manat maliyyə vəsaitinin ayrıldığını xatırladan Vüqar Səfərli qəzet layihələrinin və fərdi jurnalist yazıları müsabiqələrinin qaliblərinin maliyyələşdirilməsi prosesinin lazımi səviyyədə həyata keçirildiyini deyib. İcraçı direktor Fond tərəfindən 2011-ci ilin birinci yarısında 23 qəzetə 596 min manat, ikinci yarımilində isə 29 qəzetə 681 min manat vəsaitin ayrıl­­dığını bildirib. Vüqar Səfərli il ərzində \"Azərbaycan teleməkanında ədəbi dilin qorunması" layihəsinin maliyyələşdirilməsinə 30 min manat vəsaitin ayrıl­dığını qeyd edib.


Ümumilikdə, ötən il KİV layihələrinin maliyyələşdirilməsinə Fondun büdcəsindən 1 milyon 306 min 333 manat vəsait ayrılıb. Eyni zamanda, yalnız Fondun maliyyə vəsaiti hesabına Novruz bay­ramı, Azərbaycan Milli Mətbuatının yaranmasının 136-cı ildönümü, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin 70 nəfər qalibinə 70 min manat pul mükafatı və xüsusi diplomlar verilib. Eyni zamanda, Fondun Ekologiya və Təbii Sərvətlər Na­zirliyi ilə keçirdiyi müsabiqənin nəticələrinə əsasən 30, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə keçirdiyi müsabiqənin nəticələrinə əsasən 31, Nərimanov Rayon İcra Hakimiyyəti ilə keçirdiyi müsabiqənin nəticələrinə əsasən 11 nəfər jurnalist qalib elan olunub. Ümumilikdə, Fondun tək və müvafiq dövlət qurumları ilə birlikdə keçirdiyi müsabiqələrdə 142 nəfər jurnalist mükafatlandırılıb.


Fondun icraçı direktoru hesabat ilində Fondun təşəbbüsü ilə həyata keçi­rilən və mətbuat-cəmiyyət münasibətlərinin sivil məcrada inkişafına xid­mət edən çoxsaylı tədbirlər barədə də məlumat vermişdir. Bildirmişdir ki, Fondun təşəbbüsü ilə aparıcı media qurumlarının rəhbərləri Bakı Dövlət Universitetinin jurnalistika və Bakı Slavyan Universitetinin filologiya fakültələrində tələbələrlə görüşüblər. Yüksək fəallıq şəraitində keçən həmin görüşdə gənc tələbələr onları maraqlandıran məsələlərlə bağlı qəzet redaktorlarına müraciət ediblər.


Fond 2011-ci il ərzində ayrı-ayrılıqda Bakının Suraxanı, Səbail, Nizami, Nərimanov və Yasamal rayon icra hakimiyyətləri ilə \"Vətəndaş cəmiyyətinin formalaşmasında medianın rolu\", \"Media və cəmiyyət arasında əlaqələrin inkişaf etdirilməsi\", \"Müstəqil Azərbaycan 20: mətbuatımızın cəmiyyətin inkişafında rolu\" mövzularında konfrans­­lar keçirib. Həmin rayonların rəhbər şəxslərinin, habelə ictimaiyyət nümayən­dələrinin və qəzet redaktorlarının iştirak etdiyi konfranslarda qarşılıqlı faydalı əmək­daşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.


Fond ənənəvi olaraq fərdi jurnalist yazıları müsabiqələrinin qaliblərinin mükafatlandırılması üçün Novruz bayramı, 22 iyul Milli Mətbuat Günü, 31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il ərəfəsində bayram şənlikləri təşkil edib.


Sonra hesabat ətrafında müzakirələr aparılıb, Müşahidə Şurasının üzvləri Fondun ötən il ərzindəki fəaliyyəti ilə bağlı fikir və rəylərini bildiriblər. Müşahidə Şurasının üzvü Vüqar Rəhimzadə çıxışında 2011-ci ili Fondun fəaliyyətində məhsuldar və uğurlu mərhələ kimi dəyərləndirib. O, mətbuatın maliyyə problemlərinin həlli və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən layihələrin əhəmiyyətini də xüsusi vurğulayıb.


Müşahidə Şurasının digər üzvü Bəxtiyar Sadıqov çıxışında Fondun 2011-ci ildəki fəaliyyətini qənaətbəxş sayaraq, xüsusən də ayrı-ayrı rayonların icra hakimiyyətləri ilə təşkil olunan konfransların əhəmiyyətini diqqətə çəkib.


Müşahidə Şurasının üzvü Zöhrə Əliyeva deyib ki, Fond ötən 3 illik fəaliyyəti ilə cəmiyyətdə kifayət qədər tanınıb, son dərəcə lazımi qurum olduğunu sübuta yetirib. O, Fondun həyata keçirdiyi layihələrin mətbuatın inkişafı baxımından əhəmiyyətini qeyd edib.


Müşahidə Şurasının üzvü Rəşad Məcid Fondun bu və digər tədbirlərlə yanaşı, ötən il ayrı-ayrı ali təhsil müəssisələrində tələbələrlə aparıcı qəzet rəhbərlərinin görüşlərini təşkil etməsini müsbət ənənə kimi dəyərləndirib. Bildirib ki, bu cür tədbirlər həm də istedadlı tələbələrin üzə çıxarılmasına, onların qəzetlərlə sıx əməkdaşlıq münasibətləri qurmasına xidmət edir.


Daha sonra Müşahidə Şurasının üzvləri səsvermə yolu ilə Fondun 2011-ci ildəki fəaliyyətini qənaətbəxş dəyərləndiriblər.


Gündəlikdə duran ikinci məsələ ilə bağlı çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli 2012-ci ildə həyata keçiriləcək müsabiqə və tədbirlər barədə Müşa­hidə Şurası üzvlərinə məlumat verib. Bildirmişdir ki, Fonda dövlət büdcəsindən ayrılan vəsaitlərin əhəmiyyətli dərəcədə artaraq 3 milyon 870 min 608 manata yüksəlməsi bu il üçün nəzərdə tutulmuş tədbirlər proqramının ardıcıl və səmərəli şəkildə reallaşdırılmasına yaxşı imkanlar açır. Vüqar Səfərli həmçinin deyib ki, Fond fəaliyyət istiqamətinə müvafiq olaraq, ilk növbədə, qəzet layihələrini maliyyələşdirəcək və jurnalistlər üçün fərdi jurnalist yazıları müsabiqələri təşkil edəcəkdir. Bundan başqa, jurnalistlərin peşəkarlığının artırılması məqsədilə regionlarda və Bakı şəhərində müxtəlif layihələr həyata keçiriləcəkdir.


Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2012-ci ilin \"İdman ili\" elan edilməsi ilə əlaqədar mətbuatın bu sahəyə diqqətinin artırılması üçün müxtəlif müsabiqə və tədbirlərin keçirilməsi də qərara alınıb. İl ərzində Fondun planlaşdırdığı mühüm layihələrdən biri də ölkə jurnalistlərinin beynəlxalq təcrübəni öyrənmələri üçün xarici ölkələrə səfərə göndərilməsi olacaqdır.


Fond ötən illərdə formalaşmış daha bir müsbət ənənəni davam etdirərək il ərzində ayrı-ayrı nazirliklər və icra qurumları ilə müxtəlif mövzularda fərdi jurnalist yazıları müsabiqələri təşkil etməyi planlaşdırır. Fondun icraçı direktoru Vüqar Səfərli bu il, həmçinin, ayrı-ayrı icra hakimiyyəti orqanları ilə mətbuat-cəmiyyət münasibətlərinin inkişafına xidmət edən tədbirlərin keçiriləcəyini də nəzərə çatdırıb. İndiyə qədər Fondla səmərəli əlaqələr yaratmış nazirlik və komitələrə, digər icra hakimiyyəti strukturlarına minnət­darlığını ifadə edən Vüqar Səfərli deyib ki, bu əməkdaşlıq ölkədə demokratik proseslərin daha da dərinləşdirilməsinə, vətəndaş cəmiyyətinin inkişafına xidmət edir.


Müşahidə Şurasının üzvləri müzakirələrdən sonra Fondun 2012-ci il üçün Tədbirlər Proqramını yekdilliklə təsdiq ediblər.


Nəhayət, iclasın gündəliyində duran üçüncü məsələ geniş müzakirə olunub, Müşahidə Şurası üzvlərinin təklifi əsasında 2012-ci il üçün Fondun ekspertləri müəyyənləşdirilib.


İclasda cari məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Fondun 2011-ci il üzrə maliyyə hesabatı


2011-ci ildə ayrılmış və xərclənmiş vəsaitlər haqqında məlumat

2011-ci ilin büdcəsi

2406984

Manatla

O.cümlədən əmək haqqıödənişləri üçün vəsait ayrılıb

78432

O.cümlədən əmək haqqı ödənişləri üçün vəsait xərclənib

78432

DSMF ayırmaları smeta üzrə açılıb

17255

DSMF ayırmaları köçürülüb

17255

İcbari dövlət sığortası smeta üzrə ayrılıb

116

İcbari dövlət sığortası xərclənib

116

Smeta üzrə sair xərclər ayrılıb

296504

O, cümlədən xərclənib

Qonorar

14570

Qonorar 15%

2185,5

İcarə haqqı

80136

Avtomaşın sığortası

1731,2

Ezamiyyə

1486,68

Rabitə və internet xidmətləri

2460,29

Dəftərxana

6291,72

Plastik kartlar

2030

Saytın yenilənməsi

2400

Inventar avadanlıq

16392

Tədbirlərin keçirilməsi

85793,61

Fərdi jurnalist musabiqasi qaliblərinin mükafatlandırılması

70000

Yanacaq

3973,86

Maşın təmiri

932,68

Cəmi sair xərc xərclənib

290383,54

Fərq

6120,46

Smeta üzrə xərclər ayrılıb

1300000

Layihələrin maliyyələşdirilməsi

1306333

Cəmi xərclənib

1306333

Fərq

-6333

Fond üçün smeta üzrə bank xərci ayrılıb

5415

Fond üçün smeta üzrə bank xərci xərclənib

310,27

Fərq

5104,73

Smeta üzrə dövlət büdcəsindən maliyyələşdirilən redaksiyalara ayrılan xərclər

707000

Smeta üzrə dövlət büdcəsindən maliyyələşdirilən redaksiyalara ayrılan bank xərci

2262

Dövlət büdcəsindən maliyyələşdirilən redaksiyalara xərclənib

706787,46

Dövlət büdcəsindən maliyyələşdirilən redaksiyaların bank xərcləri

1647,47

Fərq

212,54

Fərq bank xərci

614,53

Cəmi xərclər

2401264,74

Qalıq

5719,26

Mətbuat işçiləri üçün yaşayış binasının tikintisi üçün ayrılmış vəsaitin

2011-ci il üzrə hesabatı

2011-ci ildə ayrılmış və xərclənmiş vəsaitlər haqqında məlumat

Mətbuat işçiləri üçün yaşayış binasının tikintisi üçün ayrılmış vəsait

5000000,00

O cümlədən əmək haqqı ödənişləri üçün vəsait ayrılıb

16600

O cümlədən əmək haqqı ödənişləri üçün vəsait xərclənib

16600

DSMF ayırmaları smeta üzrə açılıb

3652

DSMF ayırmaları köçürülüb

3652

Sair xərclər ayrılıb və xərclənib

2732607,93

O cümlədən xərclənib

Layihə smeta sənədləri üçün

133388,9

Tikintinin ekspertizası və rəylər üçün

22169,61

Tikinti üçün ayrılmış məbləğ

2571094,33

Əsas vəsaitlər, dəftərxana ləvazimatı

5900,00

Bank xərci

55,09

Cəmi xərclənib

2752859,93

2012-ci ilə qalıq

2247140,07



Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com