Qusarda hava şəraiti kəskin olaraq dəyişib

Qusarda hava şəraiti kəskin olaraq dəyişib

Qusarda hava şəraitinin kəskin olaraq dəyişməsi nəticəsində qonşu rayonlara gedən yollarla bərabər dağ kəndlərinə gedən yollarda çətinliklər yaşanıb. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, rayon yolları ilə birlikdə kənd yolları iflic vəziyyətə düşüb. Həm də yolun kəskin dumanlı olması sürücülər üçün təhlükə yaradıb.

Sürücülər bildirib ki, qarın yağmasından sonra yollarda qar təmizləmə işləri aparılmadığına görə yollar axşam saatlarında buz bağlayır.

Qusar rayonu Quba və Xudatla birgə Xaçmaz rayonu ilə həmsərhəd olduğundan bir cüt ötürücüyə malik olan avtomaşınlar enişli yoxuşlu yollarda ilişib qalır. Qusardan Qubaya gələn və əks istiqamətinə gedən sürücülər yollarda qalmağa məcbur qalıblar. Qubanın Digah və Xucbala kənd ərazisindən keçən enişli-yoxuşlu yollar hələ də buz örtüyü ilə bağlıdır. Bunun üçün sürücülər Qusardan Xudat ərazisindən gedərək Qubaya uzun yol qət etməyə məcbur qalıblar.


Emin Kərimov



Bütün xəbərlər Facebook səhifəmizdə