Azərbaycan QHT-ləri Fransa təşkilatları ilə əməkdaşlıqdan imtina edib
Azərbaycan qeyri-hökumət təşkilatları (QHT) Fransız QHT-ləri ilə əməkdaşlıqdan imtina edib. Bu barədə SİA-ya Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib. Fransa Senatında uydurma \"erməni soyqırımı\"nı inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsinin qəbulu ilə bağlı olaraq Gənclər üçün Təhsil Mərkəzi də özünəməxsus addım adıb. Belə ki, bu gün Mərkəz bir neçə il bundan öncə əməkdaşlığa başladığı 3 QHT ilə əməkdaşlığa rəsmi şəkildə son verib.
Məsələ ilə əlaqədar olaraq qarşı tərəfə əməkdaşlığa son verilməsi ilə bağlı rəsmi məlumat verilmiş və bildirilmişdir ki, sözügedən qanunun mövcud olduğu ölkə ilə heç bir gənclər mübadiləsi aparıla bilməz. Belə bir qanun insan hüquq və azadlıqlarından olan söz və fikir azadlığının məhdudlaşdırılması ilə yanaşı totalitar düşüncənin məhsulu kimi beynəlxalq hüquq prinsiplərinə yaddır. Bu baxımdan hər il Mərkəzin müxtəlif proqramları vasitəsilə Fransanın ayrı-ayrı şəhərlərində keçirilən tədbirlərdə iştirak etmək üçün yollanan yüzlərlə gənci təhlükə altına ata və onların Fransada söylədiyi tarixi həqiqətlərə görə hər hansı ədalətsizvə məntiqsiz qanun qarşısında cavabdeh olmasına göz yuma bilmərik.
Qeyd edək ki, mərkəz digər Azərbaycan QHT-lərini də Fransız təşkilatları ilə əməkdaşlıqdan imtina etməyə çağırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB