Son bir neçə gündə əhalinin mavi yanacağa görə ödənişində bir sıra çətinliklər yaranıb. SİA-nın bölgə müxbirinin məlumatına görə, şəhərdə aparılan abadlıq işləri çərçivəsində Gəncə Qaz İstismar Sahəsinə elektrik enerjisinin fasilələrlə verilməsi nəticəsində abonentlərin mavi yanacağa görə ödənişinin qəbulunda bəzi axsamalar yaranıb. Nəticədə isə vətəndaşlar narazılıq edir. Saatlarla qurumun abonent şöbəsinin qarşısında növbə gözləyən insanlar pul ödəməkdə çətinlik çəkir. Üstəlik vaxtilə müxtəlif yerlərdə, mağaza və marketlərdə quraşdırılan post terminalların yığışdırılması vəziyyəti bir qədər də ağırlaşdırıb. Gəncə Qaz İstismarı Sahəsinin rəsmiləri isə problemə əsas olmadığını deyir. Qurumun rəis müavini Vüqar Ələkbərov bildirib ki, yaxın gələcəkdə ödəmə məntəqələrinin sayının artırılması ilə bu kimi məsələlər də öz həllini tapacaq.
"O ki qaldı hazırda əziyyət çəkən abonentlərə, rəhbərlik tərəfindən əhalinin rahat ödəniş etməsi üçün əlavə tədbirlər görüləcək" - V.Ələkbərov deyib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB