Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan və digər türk dilli xalqların əməkdaşlıq mərkəzi (ATXƏM) və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Fransa senatında "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı qəbul olunmuş qanun layihəsinə QHT-lərin etirazı mövzusunda dəyirimi masa keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə çıxış edən Azərbaycanlıların və digər Türkidilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov qonaqları salamlayaraq bildirdi ki, əgər Fransa tərəfindən buna lazımi cavab verilməsə, həmin ölkəyə qarşı tədbirlər getdikcə radikallaşa bilər: "Bu qərar ən azından ictimaiyyətin fikri ilə razılaşdırılmalıdır. Bizim əsas məqsədimiz hazırlanan bu bəyanatı Fransa səfirliyinə və parlamentinə eləcə də yerli idarə və müəssisə orqanlarının, ictimaiyyətin diqqətinə çatdırmaqdır. Azərbaycan torpaqlarının 20 faizinin düşmən tapdağı altında olması, 1 milyondan artıq qaçqın və məcburi köçkünlərimizin öz yurd-yuvalarından didərgin düşməsindən sonra Fransa kimi dövlətin belə bir layihə qərarının qəbul olunmasına imza atması reallığa əks etdirməyən məsələdir. Bu tək Türkiyənin yox, Azərbaycanla Fransa arasında da əlaqələrin pisləşməsinə səbəb olacaq. Biz sonuna qədər qanunlar çərçivəsində bu müabrizəni aparmağa borcluyuq".
Milli QHT Forumunun prezidenti Rauf Zeyni isə qanun layihəsinin qəbul olunmasının insan hüquq və azadlıqlarına, demokratik prinsiplərə əsaslanmadığını və buna qarşı beynəlxalq təşkilatlarla görüşlərin keçirilməsinin labüdlüyünü qeyd etdi. O, BMT TŞ-nın üzvü olan, ATƏT-in Minsk qrupunda vasitəçilik missiyasını yerinə yetirən Fransanın belə bir qərara razılıq verməsini insanlığa, bəşəriyyətə qarşı fövqəladə vəziyyət kimi xarakterizə edib.
Daha sonra Azərbaycanda fəaliyyət göstərən bir qrup QHT-nin bəyanatı oxunub. Bildirilib ki, Azərbaycanda fəaliyyət göstərən QHT-lər Fransa senatının qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı nəzərdə tutulan cəza qanunu qəbul etməsini, demokratik dəyərlərə hörmətsizlik, insanların ifadə azadlığının boğulması, tarixi hadisələrin siyasiləşdirilməsi və Fransada yaşayan erməni lobbisinin təsiri ilə türk xalqlarına qarşı kin və nifrtəin başlanğıcı kimi qəbul edərək bu bədnam qanunu hiddətlə qınayır və buna qarşı olduqlarını qeyd edirlər. Bildirilib ki, bu qanun layihəsinin əleyhinə səs vermiş senatorlara, türk xalqları ilə dostluq tərəfdarı olan farnsız xalqına rəğbətimizi bildirir, Fransa prezidentindən, Fransanın Konstitusiya Məhkəməsindən xahiş və tələb olunur ki, bu anti-demokratik, insan haqlarına və beynəlxalq hüquq normalarına, Fransa xalqının və dövlətinin mənafeyinə zidd olan qanunun qüvvəyə minməsinə imkan verilməsin.
Sonra bəyanatla bağlı qonaqların fikirləri dinlənilib və bəyanat təsdiqlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB