Millət vəkili: “Vəzifəli şəxslər tənqidə dözümlü olmalıdırlar” - MÖVQE
"Demokratik cəmiyyətdə fikir və söz azadlığının sərhədləri çox genişdir. Azərbaycanda demokratik cəmiyyət var və tənqidə xüsusilə, vəzifəli şəxslər dözümlü olmalıdırlar". SİA-nın xəbərinə görə, bunu millət vəkili Əli Hüseynli Diffamasiya haqqında qanunun qəbulu ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, ancaq şərəf və ləyaqətin təhqiri təkcə yazılarla bağlı olmur və insanlar başqa şəkildə də təhqir olunurlar. Ə.Hüseynlinin sözlərinə görə, mətbuat sahəsində "Diffamasiya haqqında" qanunun qəbul edilməsi "İnsan hüquq və azadlıqları sahəsində Milli Fəaliyyət Proqramı"nda da öz əksini tapıb.
Son illər Azərbaycan məhkəmələrində diffamasiya ilə bağlı cəza alanın olmadığını deyən millət vəkili qeyd edib ki, KİV istisna olmaqla digər kateqoriyadan olan şəxslərlə bağlı qanunda dəyişiklik olmamalıdır. O vurğulayıb ki, bu sahədə mütəmadi olaraq ATƏT və digər beynəlxalq qurumlarla müzakirələr aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB