\"Bu qərar söz və fikir azadlığına dair beynəlxalq standartlarla ziddiyyət təşkil edir. Dünya Azərbaycanlıları Konqresi (DAK) Fransa parlamentinin qəbul etdiyi qanunu ədalətsiz və türk xalqına qarşı qərəzli bir addım kimi qiymətləndirir". SİA-nın xəbərinə görə, bu sözləri Dünya Azərbaycanlıları Konqresinin Mətbuat Xidmətinin Rəhbəri Peyman Sadıqov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, tarixə diqqət yetirsək, ermənilər Osmanlı imperiyası zamanı Erzurum, Erdahan, Qars, Anadolu və digər vilayətlərdə türklərə qarşı əsil soyqırımı törədiblər. Fransa Milli Assambleyasında oturan, demokratiya və insan hüquqlarından dəm vuran ermənipərəst deputatların belə bir addımı hətta Fransanın özündə də hiddətlə qarşılanıb.
DAK bildirir ki, Azərbaycan torpaqlarının 20 faizi erməni silahlı qüvvələri tərəfindən işğal olunub, ermənilər Xocalıda soyqırımı törədiblər. Gələn il Fransada prezident seçkiləri keçiriləcək, ona görə də elə indidən Nikola Sarkozi ermənilərin səsini almaq üçün bu addımı atıb. DAK ədalətsiz qərarı pisləyir. Bu sənədin qəbulu böyük siyasi səhvdir və Türkiyə ilə Fransa arasında onsuz da qeyri-sabit olan vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Dünya Azərbaycanlıları Konqresi Fransa parlamentinin aşağı palatasının qondarma \"erməni soyqırımı\"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanun qəbul etməsindən narahatlıq ifadə edir. Bu qanun dəyişikliklərinin qəbulu söz və fikir azadlığına dair beynəlxalq standartları ilə ziddiyyət təşkil edir.
Bundan başqa bu addım beynəlxalq səviyyədə ictimai debatların kriminallaşmasına dair presedent yarada bilər. Debatların kriminallaşması – istər tarixi hadisələr, istər hansısa millətin faciəli anları ilə bağlı yalan ittihamlar olsun. Ölkələrdə insanlar, cəmiyyətlər və hakimiyyətlər arasında qarşılıqlı anlaşmaya müsbət təsir göstərmir.
Fransada bu qanunun qəbulu digər ölkələri də analoji addımlar atmağa vadar edə bilər və dövlətlər öhdəlikləri pozmaqla tarixlə bağlı bəyanatlara görə cinayət məsuliyyəti tətbiq edə bilərlər.
Biz bir daha bəyan edirik ki, Fransa Minsk qrupundan dərhal çıxarılmalı, rədd edilməlidir.
Xatırladaq ki, Fransa Milli Assambleyası qondarma \"ermeni soyqırımı\"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanun qəbul edib. Belə ki, qondarma \"erməni soyqırımı\"nı inkar edən şəxsləri bir il müddətinə həbs cəzası və 45 min avro cərimə gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB