Xocəvənddə məcburi köçkün olan sahibkarlara güzəştli kreditlər verilib

Xocəvənddə məcburi köçkün olan sahibkarlara güzəştli kreditlər verilib

Xocəvəndə məcburi köçkün olan sahibkarlarına 459 min manat güzəştli kredit verilib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, bu kreditlər hesabına rayon ərazisində bir sıra yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Bu ilin ilk güzəştli krediti məcburi köçkünlərə verilib. Xocavəndə olan Sahibkarlığa Kömək Milli Fondu orada "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda geniş tərkibli tədbir keçirib. Tədbirdə çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun rəhbəri Şirzad Abdullayev bildirib ki , güzəştli kreditlər hesabına maliyyələşdirilən lahiyələrin həyata keçirilməsi yeni iş yerlərinin yaradılmasına imkan verəcək.

Tədbir çərçivəsində fondun vəsaiti hesabına müvəkkil kredit təşkilatları vəsaiti ilə Xocəvəndən olan məcburi köçkünlərə Beyləqan rayonunda fəaliyət göstərən 49 sahibkara 459 min manat güzəştli kredit verilib. Fermerlər əldə edikləri sərfəli kreditlər hesabına təsərrüfatlarını daha da genişləndirəcəklər. Bölgənin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına yeni istehsal obyektləri yaradılacaq.

Qeyd edək ki , Sahibkarlığa Kömək Milli Fondu bu cür kredit yarmarkalarını digər bölgələrdə də mütəmadi olaraq keçirəcək. Bu il fond tərəfindən 200 milyon manat verilməsi nəzərdə tutulub.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə