Daşqın Gülməmmədov: \"Azərbaycanda geniş təhlükəsizlik tədbirləri görülməlidir\"
Gürcüstan Türkləri Konfederasiyasının prezidenti Daşqın Gülməmmədovun SəsTv-yə müsahibəsi
- Ötən həftə Azərbaycanın bir sıra nüfuzlu dövlət qurumlarının saytlarına, eləcə də informasiya agentliklərinin saytlarına haker hücumları oldu. Azərbaycan gələcəkdə bu cür hücumların qarşısını almaq üçün hansı tədbirlər görməlidir?
- Bu onu göstərir ki, artıq Azərbaycana qarşı beynəlxalq səviyyədə kibernetik müharibə başlayıb. Aydın şəkildə görünür ki, bu İranın xüsusi xidmət orqanları tərəfindən təşkil olunub. Azərbaycanın heç bir dövlət qurumlarının saytlarında İranın əleyhinə hər hansı bir məlumat yerləşdirilməyib. İranın nüvə silahı istehsal etmək istəyinə qarşı beynəlxalq güclərin təzyiqi artıb. İran nədənsə ən böyük qorxunu Azərbaycan tərəfdən hiss edir. Tehran Azərbaycanın ona qarşı istifadə edəcəyi silah olduğunu düşünür. Bu gün İran Azərbaycana qarşı hər hansı bir hərbi hücum iqtidarında olmadığı üçün, bu vasitələr əl atır.
Azərbaycana qarşı bu hücum birmənalı olaraq mütəşəkkil mahiyyət daşıyıb və müəyyən qrup tərəfindən həyata keçirilib. Bu hücumların qarşısını almaq üçün aidiyyəti dövlət qurumları tərəfindən nəzarət gücləndirilməlidir. Heç bir səbəb olmadan dövlət orqanının saytını dağıtmaq, bu dövlətin daxili işinə qarışmaq deməkdir. Əlbəttə ki, geniş təhlükəsizlik tədbirləri görülməlidir, çünki artıq Azərbaycan elektron hökümət deyilən sistemə keçid dövründədir. Bunun üçün də bu sahədə məşğul olacaq bir qurum yaradılmalıdır. Azərbaycanda kifayət qədər bu işlə məşğul olan ekspertlər və mütəxəssislər var.
- Gürcüstanda yaşayan soydaşlarımızın bir çox problemləri var. Belə ki, orada Azərbaycan məktəblərinin bağlanması prosesi gedir. Orada yaşayan Azərbaycanlıların buna münasibəti necədir?
- Bu gün Gürcüstanda yaşayan 600 mindən çox Azərbaycan türklərinin dörd əsas problemi var. Bunlardan birincisi, milli təhsil, torpaq, dövlət qurumlarında təmsilçilik və konfessiyalar (dini) problemdir. Bu gün Gürcüstanda yaşayan azərbaycanlılar milli təhsil hüququnu itirmək üzrədir. Belə ki, Azərbaycan məktəblərinin mütəmadi bağlanması prosesi başlayıb. Bu gün Gürcüstan hökümətinin təhsil haqqında qəbul etdiyi qanuna görə, ölkədə təhsil yalnız gürcü dilində olmalıdır. Gürcüstan konstitutsiyasının 8-ci maddəsinə görə, ölkədə dövlət dili, gürcü dili və abxaz dilidir. Əlbəttə ki, əhalinin buna münasibəti çox pisdir, çünki, onlar öz dillərində təhsil almaq istəyirlər. Belə ki, bu gün Gürcüstan höküməti orada 160-dan çox Azərbaycan məktəbinin olması ilə razılaşmaq istəmir. Bu məsələyə artıq Azərbaycan ictimayəti, o cümlədən Türkiyə ictimayəti Gürcüstanda Azərbaycan məktəblərinin bağlanması ilə bağlı qəti mövqe bildirməlidirlər. Bu gün ordakı insanlar milli təhsil hüququnu itirməkdədilər. Bu həm BMT-nin prinsiplərinə, həm Avropa Şurasının prinsiplərinə, həm də Gürcüstanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə ziddir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB