“İrəli” İctimai Birliyinin üzvləri Fransa Səfirliyi qarşısında aksiya keçirib- FOTOSESSİYA

“İrəli” İctimai Birliyinin üzvləri Fransa Səfirliyi qarşısında aksiya keçirib- FOTOSESSİYA

Bu gün "İrəli" İctimai Birliyinin üzvləri Fransanın Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya keçiriblər. SİA-nın məlumatına görə, aksiya Fransa Senatı tərəfindən qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsinin qəbul edilməsinə etiraz əlaməti olaraq baş tutub.

Aksiyada "Fransada demokratiya öldü", "Danışma, bura Fransadır!", "500 000 erməni səsi = Fransada insan hüquqlarının pozulması" şüarları ilə çıxış ediblər.

Aksiyada həmçinin "İrəli" İctimai Birliyinin üzvü Orxan Muxtarlı İB-nin bu qanun layihəsinə qarşı yayılan bəyanatı oxuyaraq və səfirliyin qapısına qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə