Gəncədə Cavad xanın xatirəsi yad olunub - FOTO

Gəncədə Cavad xanın xatirəsi yad olunub - FOTO

Gəncənin qəhrəman oğlu Cavad xanının xatirəsi anılıb. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və digər rəsmilər iştirak edib.

Anım mərasimində Gəncə Dövlət Dram Teatrı kollektivinin hazırladığı kompozisiya nümayiş olunub. Ötən illərdən fərqli olaraq kompozisiyanın nümayişi Gəncəyə vaxtilə rəhbərlik edən Cavad xanın məzarı yanında deyil, onun adını daşıyan küçədə olub. Kompozisiyanın quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Vaqif Şərifov, ssenari müəllifi isə Ramiz Vəliyevdir.

Sənət əsərində proseslər Cavad xanın Gəncə rəhbərliyinin son illərindən bəhs olunur. Sərkərdənin tək qalması, bununla yanaşı mərdlik və qəhrəmanlıqla döyüşməsi xüsusi olaraq öz əksini tapır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə