Kulevi Qara Dəniz Terminalının Metroloji laboratoriyası kalibrləmə əməliyyatı həyata keçirəcək
Gürcüstan Milli Akkreditasiya Mərkəzinin qərarına əsasən, ARDNŞ-nin idarəçiliyi altında fəaliyyət göstərən Kulevi Qara Dəniz Terminalının Metroloji laboratoriyasına iki növdə kalibrləmə əməliyyatlarını həyata keçirmək səlahiyyəti verilib. SİA-nın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, bunlardan biri təzyiq ölçmə vasitələrinin, digəri isə elektrik miqdarı ölçmə vasitələrinin kalibrlənməsidir.
Terminalın Metroloji laboratoriyası nəzarət-ölçü avadanlıqlarının istismarı işində səmərəliliyin artırılması və vahid ölçü sisteminin tətbiq olunması məqsədi ilə yaradılıb. Müvafiq əməliyyatların aparılması üçün bütün lazımi şəraitin yaradıldığı bu laboratoriya kalibrləmə əməliyyatlarının dəqiqliyinə və nəticələrin düzgünlüyünə imkan verən zəruri avadanlıqlarla təchiz olunmuş, cihazlar ciddi şəkildə yoxlamadan keçirilib. Hazırda avadanlıq parkının genişləndirilməsi və ölçmə növlərinin artırılması istiqamətində işlər aparılır. Laboratoriyada yüksək səviyyəli təhsil almış, böyük təcrübə keçmiş peşəkar mütəxəssislər fəaliyyət göstərir.
Metroloji laboratoriyanın ölçmə vasitələrinin kalibrlənməsi üzrə fəaliyyətinin ISO/IEC 17025:2006 beynəlxalq standartın tələblərinə tam uyğun olması müvafiq sertifikatla təsdiqlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB