Qubaya yağan güclü qar yolları iflic vəziyyətinə salıb

Qubaya yağan güclü qar yolları iflic vəziyyətinə salıb

Axşam saatlarında Quba-Xaçmaz, Quba -Qusar- Quba-İspik-Xınalıq, Quba-Qusar, Alpan-Digah kənd ərazilərindəki enişli-yoxuşlu yollarda və Qonaqkənd-Xaltan yollarında avtomobillərin gediş-gəlişi məhdudlaşıb. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, temperatur kəskin dərəcədə aşağı düşdüyündən əsasən axşam saatlarında yollarda buz qatını əmələ gətirib. Nəticədə isə nəqliyyatın hərəkəti çətinləşib. Belə ki, istisna hallarda qabaq və arxa ötürücüyə malik avtomobillərin gedişi mümkündür.

Qeyd edək ki, ən çox qar Qubanın Qrız, Buduq, Xaltan, Yerfi, Susay və Ləzə kəndlərinə yağıb. Belə ki, qarın qalınlığı 25-50 sm çatıb. Rayonda yollar buz bağladığından zəncirvari qəzalar baş verib.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə