Aytən Mustafayeva: “Fransa bu addımla beynəlxalq insan haqlarına, öz imicinə, gələcəyinə çox böyük zərbə vurdu”
\"Avropada özünü insan haqlarının qorunması üzrə ikinci ölkə adandıran Fransada Senatın uydurma erməni "soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun qəbulu insan haqlarının qorunmasına zidd faktordur\". Bunu SİA-ya açıqlamasında İnsan Hüquqları İnstitunun direktoru, millət vəkili Aytən Mustafayeva deyib. O bildirib ki, Fransa siyasətçiləri hansısa tələblərin, erməni lobbisi tərəfindən irəli sürülən şərtlərin qarşısında belə zəif mövqe göstərərək qanunu qəbul edib: "Amma təəssüflər olsun ki, bu çox savadsız və Fransanın imicinin əleyhinə olan bir addımdır. Avropa Konvensiyasının onuncu maddəsinə zidd olan belə bir addımın atılması fikir və söz azadlığına da ziddir. Burada qeyd olunur ki, hər insan öz fikrini söyləməyə hazırdır. Bu fikrin qarşısını sanksiyalar o zaman ala bilər ki, bu, milli təhlükəsizliyə ziddir. Amma burada Fransanın milli təhlükəsizliyinə zidd olan bir şey yoxdur. Bu, erməni lobbisi tərəfindən hakimiyyət qarşısındakı şantajın nəticəsində baş verib".
A.Mustafayeva qeyd edib ki, Azərbaycan və Türkiyə bu addımlara bir dövlət olaraq öz fikirlərini bildirməlidir. Onun sözlərinə görə, Fransa bu addımla beynəlxalq insan haqlarına, öz imicinə, gələcəyinə, iqtisadiyyatına, siyasətinə çox böyük zərbə vurdu.
"Avropa insan hüquqlarından danışır, bütün ölkələr qarşısında insan hüquqları ilə bağlı tələbələr irəli sürür. Avropa terror aktlarının çox vaxt islam terrorizmi adlandırır, amma özü başqa millətlərə qarşı çox ididalı mövqe tutub. Artıq Avropada insan hüquqlarına zidd olan addımlar atır və bunu bunu açıq-aşkar edirlər. Belə hallar başqa ölkələrdə olsaydı, ona qarşı sanksiyalar tətbiq olunardı. Təbii ki, tək Türkiyə və ya Azərbaycan deyil, koalisiya olaraq bir neçə ölkələr buna qarşı zidd çıxmalıdır. Tolerantlıqdan, multikulturalizmindən danışan Avropa əslində bunlardan çox uzaqdır. Artıq Fransa Senatı tərəfindən qəbul edilən qərarlar da bunu de-yure təsdiqlədi".
Bütün xəbərlər Facebook səhifəmizdə