AHİB-in sədri: “İran dövlətinin Azərbaycana dost ola biləcəyini düşünmək sadəlövhlükdən başqa bir şey deyil” - MÖVQE

AHİB-in sədri: “İran dövlətinin Azərbaycana dost ola biləcəyini düşünmək sadəlövhlükdən başqa bir şey deyil” - MÖVQE

İran dövlətinin Azərbaycana dost ola biləcəyini düşünmək sadəlövhlükdən başqa bir şey deyil. İranda mövcud olan fars, molla rejimi Azərbaycanın inkişafına, nüfuzuna kölgə salmaq üçün nəyin bahasına olursa-olsun öz səylərini davam etdirəcək.

Bunu SİA-ya açıqlamasında Azadlıq Hərəkatçıları İctimai Birliyinin (AHİB) sədri Təhmasib Novruzov deyib: "Özünü İslam dünyasının bayraqdarı hesab edən, İslam Konfransı Təşkilatının aktiv üzvlərindən biri olan İranın, Ermənistanla isti münasibətlər saxlayaraq müsəlman ölkəsi olan Azərbaycana qarşı bu cür siyasi təxribat yönümlü münasibət göstərməsi dövlətimizi zəiflətmək, regionda artan nüfzununa kölgə salmağa yönəlmiş bir siyasətdir. Biz ilk növbədə Azərbaycanda keçirilən və keçiriləcəyi planlaşdırılan müxtəlif tədbirlərdə İranın təxribatçı mövqeyindən özümüzü lazımi səviyyədə qorumalıyıq".


QHT rəhbərinin fikrincə, nə qədər ki, İranda molla rejimi hakimiyyətdə aparıcı qüvvəyə malikdir həmin dövlətdən müsbətə doğru bir şey gözləməyə dəyməz: "İran dövləti bundan əvvələr də Azərbaycana qarşı müxtəlif üsullarla təxribatlarını davam etdirib və hazırkı rejim də bunu tətbiq edir".



Bütün xəbərlər Facebook səhifəmizdə