Samir Adıgözəlli: “Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe nümayiş etdirəcəyini şübhə altında qoydu” - MÖVQE

Samir Adıgözəlli: “Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe nümayiş etdirəcəyini şübhə altında qoydu” - MÖVQE
Fransaya ilkin etiraz addımı olaraq Azərbaycan bu ölkədəki səfirini məsləhətləşmələr üçün geri çağrılmalıdır". Beynəlxalq Diaspor Mərkəzinin aparat rəhbər Samir Adıgözəllinin SİA-ya verdiyi açıqlamaya görə, Fransa Senatının qəbul etdiyi qanun gözlənilən idi. Bu addımı ilə Fransa Avropada demokratiyanı boğan bir dövlət olduğunu sübuta yetirdi.

"Bütün dünyaya insan haqları, demokratiya haqqında \"dərs keçən\" Fransanın bundan sonra insan haqqları ilə bağlı hansı üzlə mövqe bildirəcəyi maraqlıdır. Çünki bu qanunun qəbul edilməsi ilk növbədə Avropa insan haqları konvensiyasına, dünyəvi dəyərlərə qarşı olan bir addımdır. Necə ola bilər ki, tarixdə olmayan bir \"soyqırımı\" hadisəsini həqiqət kimi başqalarına qəbul etdirəsən, onu inandırmağa məcbur edəsən? Qəbul etmədiyin təqdirdə isə ona sərt cəza verəsən. Belə bir anormal qanunun qəbul edilməsi feodal dövlətlərdə belə olmayıb. Bu qərar Türk dünyası üçün bir görk oldu. Bundan sonra Türk dünyası birləşməlidir. Birlik ortaya qoymalıdır. Türkiyə və Azərbaycan diaspor təskilatları dünyada bir məxrəcdə birləşib mübarizə metodlarını müəyyənləşdirməlidir. Hər iki dövlət bu məsələdə birgə addımlar atmalıdır.

Qəbul edilən qanun layihəsindən sonra Azərbaycanın ilkin olaraq hansı addımlar atacağına gəlincə, Beynəlxalq Diaspor Mərkəzinin aparat rəhbəri deyib ki, Azərbaycan bu məsələdə sərt mövqe nümayiş etdirməlidir: "Bunun üçün ilk növbədə etiraz olaraq Azərbaycanın Fransadakı səfiri məsləhətləşmələr üçün geri çağrılmalıdır. Daha sonra Fransanın Total şirkəti "Əsrin müqaviləsi"ndən çıxarılmalıdır. Azərbaycan son ana kimi bu qanunun qəbul edilməməsi ilə bağlı danışıqlar apararaq sərt mövqeyini bildirdi. Sonuncu qərarlardan biri kimi Fransa səfirinin məsləhətləşmək üçün Xarici İşlər Nazirliyinə çağrılması buna əyani subutdur. Bu zaman ölkəmizin əsas məqsədi o idi ki, səfirlik vasitəsi ilə Azərbaycanın bu məsələdə sərt mövqeyini Fransaya çatdırsın. Hər halda Azərbaycan bu günə kimi səbrli mövqe nümayiş etdirdi ki, Fransa bu məsələdə geri addım atsın, insan haqlarına sayqı duysun, amma bu belə olmadı. Nəzərə alsaq ki, Fransa ATƏT-in Minsk qrupunun üzvüdür və bu qanunu qəbul edən bir dövlət Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe nümayiş etdirəcəyini şübhə altında qoyur".

Bütün xəbərlər Facebook səhifəmizdə