QHT rəhbəri: “İran Azərbaycana qarşı kiberhücumlarla kifayətlənməyəcək” - MÜNASİBƏT

QHT rəhbəri: “İran Azərbaycana qarşı kiberhücumlarla kifayətlənməyəcək” - MÜNASİBƏT

İran Azərbaycana qarşı kiberhücumlarla kifayətlənməyəcək. Bunu SİA-ya Milli Qeyri Hökumət Təşkilatları (QHT) Forumunun prezidenti Rauf Zeyni İran-Azərbaycan münasibətlərinə fikir bildirərkən deyib.

R.Zeyni əlavə edib ki, Azərbaycan dövləti bununla əlaqədar ilk növbədə bütün lazımi təhlükəsizlik tədbirlərini görməlidir: \"Hazırda bunun həyata keçirilməsinə baxmayaraq bunu prosesi daha gücləndirmək lazımdır. Azərbaycanıın iqtisadi inkişafı, beynəlxalq arenada böyük nüfuza malik olması tək İranın deyil, digər dövlətlərin də diqqət mərkəzindədir. Belə olan təqdirdə Azərbaycana İran və ona vasitəçilik edən digər dövlətlərin təxribatları qaçılmazdır".

QHT rəhbəri Azərbaycanda möhtəbər "Avroviziya" mahnı müsabiqəsinin keçiriləcəyi təqdirdə müxtəlif təxribatçı qüvvələr tərəfindən bu kimi adddımların atılmasını Azərbaycanın siyasi gücünə hesablanmış bir addım olaraq dəyərləndirib.


Bütün xəbərlər Facebook səhifəmizdə