Sumqayıt şəhərində Parolimpia İdman Kompleksində keçirilmiş "Sayokan Narkomaniya və uşaq cinayətkarlığına qarşı" devizi altında 2-ci açıq respublika turnirində bu idman növünə verdikləri dəstəyə görə, bir qrup şəxsə mükafatlar təqdim olunub.
SİA-nın verdiyi məlumata görə, mükafatçılar arasında millət vəkili, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov, "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin sədri Anar Xəlilov, "Bakı Gənclər Klubu" İctimai Birliyinin sədri Azər Cavadov təltif ediliblər.
Qeyd edək ki, turnirdə Ağdam, Ağcəbədi, Bakının ( Binəqədi, Suraxanı, Sabunçu, Yasamal, Nərimanov rayonları), Beyləqan, Sumqayıt, Dəvəçi, Xaçmaz, Şuşa, Qubadlı, Fizuli, Yevlax, Bərdə, Tərtət, Qəbələ, İmişli komandaların iştirakı gözlənilir. İştirakçılar Sayokan döyüş sənətinin Alaqan və Baturalp döyüş sistemlərində mübarizə aparıblar. Bütün komandalar istənilən say tərkibdə təmsil olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB