Gəncədə bir əsrdən artıq yaşı olan qədim dəyirman baxımsızlığın qurbanına çevrilib - FOTO

Gəncədə bir əsrdən artıq yaşı olan qədim dəyirman baxımsızlığın qurbanına çevrilib - FOTO

Gəncə şəhərində bir əsrdən artıq yaşı olan qədim dəyirman baxımsızlığın qurbanına çevrilib. 19-cu əsrin əvvələrində Gəncənin bəyləri tərfindən tikilən tarixi abidə məişət tullantılarının içərisində itib-batıb. Tarixi faktlara görə, təkcə Gəncənin Bağbanlar adlanan qəsəbəsində 30-dan artıq dəyirman mövcud olub. Sözügedən abidə isə 3 daşlı dəyirman və ya tümən dəyirmanı adlanıb. Abidənin ümumi uzunluğu 20 metr, eni 8, divarlarının qalınlığı isə 1,1 metrdir.

Tarixçi-səyyah F.Paşayevin SİA-nın bölgə müxbirinə verdiyi məlumata əsasən, sözügedən dəyirman Gəncənin 14 növ abidələrindən biridir. Ölkənin ikrinci bir yerində 14 növ abidə tapmaq demək olar ki, mümkünsüzdür. Tikili qədim kərpicdən və çay daşlarından istifadə edilməklə inşa olunub. Yəni Gəncənin qədim memarlıq üslubu burada da öz əksini tapıb. Hələ 1990-cı illərdə abidənin restavrasiyası nəzərdə tutulsa da, o dövrdəki siyasi prosseslər nəticəsində bu mümkün olmayıb və abidə elə günümüzədək yararsız görkəmini qorumaqdadır.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə