İstifadəyə yararsız olan ərzaq malları aşkarlanıb

İstifadəyə yararsız olan ərzaq malları aşkarlanıb

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, monitorinqlər zamanı Bakının Xətai rayonunda Cavanşir küçəsi, ev 9 ünvanında yerləşən "Mif market"də; Yasamal rayonu F.İbrahimbəyov küçəsi, ev 2 ünvanında Müşfiq Abdullayevə məxsus mağazada; Kazımzadə küçəsində yerləşən "Rəşad market"də; Nəsimi rayonu M.Kazımovski küçəsi, ev 13 ünvanında yerləşən "Al-Vadi market"də; Yevlax şəhəri C.Əzimov küçəsindəki "Ailə market"də və Füzuli küçəsi, 16 ünvanında yerləşən "Fərid market"də ümumi çəkisi 120 kq-dan artıq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Bundan başqa, qeyd olunan obyektlərdə qiymət intizamının pozulduğu, yəni satışda olan malların üzərində qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyən edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.




Bütün xəbərlər Facebook səhifəmizdə