Gəncədə qədim dəyirman baxımsızlıq ucbatından dağılır - FOTO

Gəncədə qədim dəyirman baxımsızlıq ucbatından dağılır - FOTO

Gəncə şəhərində 1 əsrdən artıq yaşı olan qədim dəyirman baxımsızlığın qurbanına çevrilib. 19-cu əsirin əvvəllərində Gəncənin bəyləri tərəfindən tikilən tarixi abidə məişət tullantılarının içərisində qalıb. Tarixi faktlara görə, təkcə Gəncənin Bacmanlar adlanan qəsəbəsində 30-dan artıq dəyirman mövcud olub. Sözügedən abidə isə üçdaşlı dəyirman və ya tümən dəyirmanı adlanıb. Abidənin ümumi uzunluğu 20 metr, eni 8, divarlarının qalınlığı isə 1 metrdən artıqdır. Tarixçi Səyyaf Paşayevin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, sözügedən dəyirman Gəncənin 14 növ abidələrindən biridir. Ölkənin ikinci bir yerində 14 növ abidə tapmaq demək olar ki mümkünsüzdür. Tikili kərpicdən və çay daşlarından istifadə edilməklə inşa olunub. Yəni Gəncənin qədim memarlıq üslubu burada da öz əksini tapıb. Hələ 1990-cı illərdə abidənin restavrasiyası nəzərdə tutulsa da, o dövrdəki siyasi proseslər nəticəsində bu mümkün olmayıb və abidə elə günümüzədək yararsız görkəmini qorumaqdadır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə