Kənd təsərrüfatı naziri İsmət Abasov Almaniyada işküzar səfərdədir
Kənd təsərrüfatı naziri İsmət Abasov Berlin Sammitində iştirak etmək üçün Berlin şəhərində səfərdədir. Nazirlikdən SİA-ya verilən məlumata görə, nazir Almaniyada keçirilən "Beynəlxalq Yaşıl Həftə-2012" sərgidə və sərgi çərçivəsində Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Forumda, Beynəlxalq Kənd Təsərrüfatı Nazirlərinin Panel Müzakirəsində və Kənd Təsərrüfatı Nazirlərinin 4-cü sammitində iştirak edəcək.
Nazir Azərbaycan Respublikasının Almaniyadakı Səfiri cənab Pərviz Şahbazov və FAO-nun Avropa üzrə Regional Nümayəndəsi xanım Fernanda Querrieri ilə birgə təşkil olunmuş mətbuat konfransında iştirak edərək, 2012-ci ilin aprel ayında Bakı şəhərində keçiriləcək FAO-nun Avropa üzrə Regional Konfransı barədə sərgi iştirakçılarına və Avropa ictimaiyyətinə geniş məlumat verib. "Yaşıl Həftə" sərgisi çərçivəsində Almaniyanın Şərqi və Mərkəzi Avropa Cəmiyyəti və Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri cənab İsmət Abasov "Azərbaycanda kənd təsərrüfatının inkişafı" mövzusunda çıxış edib. Nazir çıxışında Ulu Öndər Hеydər Əliyеv tərəfindən təməli qоyulan aqrar islahatların ölkə Prеzidеnti cənab İlham Əliyеv tərəfindən uğurla davam etdirildiyini xüsusilə vurğulamış və Dövlət Proqramları və aqrar sahədəki nailiyyətlər, barədə ətraflı məlumat verib.
Nazir qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin gərgin və məqsədyönlü əməyi nəticəsində çox qısa tarixi bir dövrdə ölkə iqtisadiyyatının bütün sahələrində, xüsusən sosial-iqtisadi həyatın prioritet istiqamətlərində, yeni iş yerlərinin açılmasında, yoxsulluğun azaldılmasında, əhalinin rifahının yaxşılaşdırılmasında, qlobal və regional layihələrin həyata keçirilməsində böyük nailiyyətlər əldə edilmiş və bu işlər ardıcıllıqla davam etdirilir.
Cənab İsmət Abasov, eyni zamanda, çıxışında aparılmış məqsədyönlü tədbirlər nəticəsində 2003-cü ildən 1 yanvar 2012-ci ilədək ölkə üzrə 1 milyоn 7 min yеni iş yеri, о cümlədən kənd təsərrüfatında 265,0 min yеni iş yеri açıldığı barədə məlumat vermişdir. Qeyd etmişdir ki, ölkədə əhalinin maddi rifah halının yaхşılaşması, yохsulluq səviyyəsinin 2003-cü ildəki 44,7 faizdən 2011-ci ildə 7,6 faizə düşməsinə imkan yaratmışdır.
Nazir aqrar sahədə ixrac potensialının ilbəil artdığını, həmçinin Azərbaycanda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışı üçün bütün imkanların mövcudluğunu tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB