Gəncədə beynəlxalq konfrans öz işinə başlayıb - FOTO

Gəncədə beynəlxalq konfrans öz işinə başlayıb - FOTO

Gəncədə "Dinlər və mədəniyyətlərarası dialoqda gənclərin rolu" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. SİA-nın bölgə müxbirinin xəbərinə görə, tədbirdə təxminə 14 ölkədən 40-dan artıq gənc iştirak edib. Məqsəd xalqlar arasında dinlərin olduğu kimi təbliği, eyni zamanda ölkələrin mədəniyyətlərinin gənclərə çatdırılmasıdır.

Seminarda bildirilib ki, dinindən, irqindən asılı olmayaraq gənclərin birləşməsi və sülhün bəşəriyyətə yayılması xüsusi önəm daşıyır. Məhz bu işdə gənclərin də üzərinə böyük vəzifə düşür.

Tədbir iştirakçılarının isə maraq dairəsində islam dinini düzgün şəkildə onlara çatdırılmasıdır. Söhbət ondan gedir ki, tədbirdə iştirak edən digər dövlətlərin gəncləri İslamın düzgün təbliğ olunmasını, öyrədilməsini istəyir.

Seminar yanvarın 29-dək davam edəcək. Bu müddət ərzində Gəncənin tarixi barədə də seminar iştirakçılarına ətraflı məlumat veriləcək.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə