Bülent Arınç: \"Rəcəb Tayyib Ərdoğan Fransada “soyqırımı olmayıb” desə nə edəcəksiniz?\"
Türkiyənin baş nazir köməkçisi Bülent Arınç mətbaut qarşısında maraqlı açıqlama ilə çıxış edib. SİA-nın xəbərinə görə, Bulent Arınç jurnalistlərin Fransa Parlamentində qəbul edilən qanun layihəsinin Senata çıxarılacağı ilə bağlı sualına sualla cavab verib: "Əgər belə bir qanun Senata çıxarılarsa, fransız qəzetlərinin soruşduğunu mən də soruşuram. Rəcəb Tayyib Ərdoğan Fransaya, Parisə gələrək "soyqırım olmayıb" desə nə edəcəksiniz? Onu da həbs edəcəksinizmi?".
O bildirib ki, bunu gözə alan minlərlə türk, Fransanın intellektual insanları var: "Yalnız gələcək prezident seçkilərində erməni diasporunun səslərini ala bilmək üçün edilən bu atraksionun Fransa Senatının qəbul etməyəcəyini düşünürük. İnanırıq ki, Türkiyədə göstərilən haqlı reaksiyalar Avropa daxilində də göstərilir. Amma dünən müdhiş bir müvəffəqiyyətin şahidi olduq. Belə ki, bu qanunla bağlı keçirilən aksiyada yalnız Paris və ya Fransada yaşayan türklər deyil, Avropadakı bütün türk yurddaşlarımız bir araya gəldilər. Fransanın mərkəzində ilk dəfə olaraq 40 mindən çox insan öz haqlı tezislərini ortaya qoydu", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB