Sosial şəbəkələr həyatımıza nə kimi təsir edir?

Sosial şəbəkələr həyatımıza nə kimi təsir edir?
"Sosial şəbəkə" termini elmi leksikona 1954-cü ildə ingilis sosioloq Barns tərəfindən daxil edilib. Tərifə görə, sosial şəbəkə sosial obyektlərdən ibarət olan qovşaqları birləşdirən sosial strukturdur. İlk sosial şəbəkənin yaranması ötən əsrin 90-cı illərinin ortalarına təsadüf edir. Hazırda sosial şəbəkələr içərisində ən populyarı 2004-cü ildə yaradılmış "Facebook" hesab edilir. Azərbaycanda da bir sıra sosial şəbəkələr fəaliyyət göstərir ki, bunlardan da ən aktivi \"Facebook\" sosial şəbəkəsidir. Təxminən ölkə əhalisinin əhalisinin 3,7%-i və ölkədə mövcud internet istifadəçilərinin 8,4%-i "Facebook"dan yararlanır. Bu isə o deməkdir ki, Azərbaycan vətəndaşlarının hər 30 nəfərindən biri "Facebook" istifadəçisidir. Sözügedən şəbəkədən Azərbaycanda istifadə edənlərin 76 %-ni 18-34 yaş qrupunun nümayəndələri aid edilir. Bəs, görəsən, sosial şəbəkələrə daxil olan bütün istifadəçilər buradan müəyyən informasiya əldə etmək və ya lazımlı məlumatları paylaşmaq məqsədi daşıyırlar? Dünyada baş verən son hadisələr göstərdi ki, bu heç də belə deyil. Çünki kifayət qədər faktlar var ki, istifadəçilər sosial şəbəkələrdən öz məqsədləri üçün istifadə edirlər. Mütəxəssislər isə hesab edir ki, sosial şəbəkələrin meydana gəlməsi XXI əsrin ən böyük inqilablarından biri olduğu kimi elə ən böyük inqilabların baş verməsinə təkan verən amilə çevrildi. Elə bu səbəbdən də artıq bir sıra ölkələr sosial şəbəkələrdən istifadəni qadağan edib. Bu qadağa ilk olaraq Çində başlasa da hələ ki, son olaraq İran bu prosesə qoşulub. Təbii ki, bunun da özəl səbəbləri var. Belə ki, İranda baş verən inqilablara çağırış \"facebook\" və \"twitter\" sosial şəbəkələrindən geniş vüsət almışdı. Bu zaman İran dövlət nəzarətində olan İntranet adlı şəbəkə yaradaraq, bütün internet resurslarına olan nəzarəti öz üzərinə götürdü. Beləcə insanların informasiya mübadiləsini bir qədər məhdudlaşdırdı. Mütəxəssislər isə hesab edir ki, bir zamanlar pul qazanmaq məqsədi daşıyaraq bir qrup tələbə tərəfindən yaradılan sosial şəbəkələr hazırda öz profilini tamamilə dəyişib. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, internet resurslarından istifadəyə qoyulan qadağalar indiki zamanda demokratiyanın eləcə də insan haqlarının pozulması deməkdir. Dünya praktikasına nəzər saldıqda məlum olur ki, internetə qoyulan qadağalar əsasən demokratiyanın zəif inkişaf etdiyi dövlətlərdə müşahidə edilir. İran da buna bariz nümunədir. " Son zamanların müşahidələri göstərdi ki, sosial şəbəkələrdən istifadə inqilablarda, seçki proseslərində daha fəal adam toplamaq məqsədi ilə istifadə edildi. İranda təbii ki, bu prosesin genişlənməsidən qorxuya düşərək bunun qarşısının alınması məqsədi ilə təcili addımlar atdı. Təbii ki, bu addımlar İran dövləti tərəfindən demokratiyanı boğmaqdan başqa bir şey deyil. İran insanların inqilabi çağırışlarında hər zaman qorxub. Bütün bunlar onu göstərir ki, İran öz əhalisinə qarşı qeyri-demokratik mövqe tutur". Psixoloq Dəyanət Rzayev hesab edir ki, bir sıra dövlətlər tərəfindən sosial şəbəkələrə qoyulan qadağa halları insanların söz azadlığının əlindən alınması hesab edilir. "Son illər sosial şəbəkələrin yüksək templə artması insanların psixoloji durumuna mənfi təsir edir.Əslində bir zamanlar insanlar sosial şəbəkələrə adi əyləncə vasitəsi kimi baxırdılar və bir növ internetdən aludəçisinə çevrilmişdilər. Lakin sonradan bu hüquqların əldən alınması insanların psixikasına olduqca mənfi təsir göstərir. Bu tip hallar yolverilməzdir. Çünki hər bir insanın informasiya əldə edib, paylaşmaq hüququ var". Qeyd edək ki, hazırda Azərbaycan "Fecebook" şəbəkəsində istifadəçilərin sayına görə Latviya, Qazaxıstan, Belarus, Moldova, Ermənistan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, və Tacikistanı qabaqlayaraq 94-cü yeri tutur. Rusiya bu siyahıda 29-cu yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə