Karbamid Zavodunun tikintisi dövlət investisiyaları hesabına maliyyələşdiriləcək və 2012-2014-cü illər ərzində həyata keçiriləcək. Ammonyak istehsalı, karbamid mayesi istehsalı və əmtəəlik karbamid istehsalı bölmələrindən ibarət olacaq zavodda sutkada 1200 ton ammonyak və 2000 ton karbamid istehsal edilməsi nəzərdə tutulur. Əsas xammal kimi təbii qazdan istifadə olunacaqdır. Bu layihənin həyata keçirilməsi ilə ARDNŞ ölkə iqtisadiyyatının əsas sektorlarından olan kənd təsərrüfatının inkişafına ciddi dəstək verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB