Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2012-ci ildə hansı işləri görəcək?

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2012-ci ildə hansı işləri görəcək?

2012-ci ildə ölkənin ilk telekommunikasiya peyki orbitə buraxılacaq. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən SİA-ya verilən məlumatda 2012-ci ildə həlli vacib olan digər məsələlərin siyahısını da açıqladı: "Bu il ölkə ərazisində rəqəmsal yayımın ölkənin bütün ərazisində təşkilinə nail olmaq, mərkəzləşdirilmiş avtomatik radiomonitorinq şəbəkəsinin qurulmasına başlanılması, e-imzanın tətbiqinin genişləndirilməsi, elektron hökumət infrastrukturunun qurulması və istismarı, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, yüksək texnoloji və elmtutumlu nanomaterialların, energetik texnologiyaların, nanorobotlar və bionanorobotların alınması və praktikada bilavasitə tətbiq olunması, telekommunikasiya və poçt infrastrukturunun modernləşdirilməsi kimi məsələlərin icrası nəzərdə tutulub. Eyni zamanda, ölkəmizdə keçiriləcək "Eurovision-2012" beynəlxalq əhəmiyyətli mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi üzrə zəruri tədbirlərin görülməsi cari il ərzində icrası mühüm olan tədbirlərdir".


Bütün xəbərlər Facebook səhifəmizdə