Ötən il 50-dən çox transformator məntəqəsi təmir edilib

Ötən il 50-dən çox transformator məntəqəsi təmir edilib

Gəncə Elektrik Şəbəkəsində (EŞ) ötən il ərzində bir sıra təmir işləri yerinə yetirilib. O cümlədən, ötən ilin son üç ayı ərzində 6-10/0,4 kV-lik transformator məntəqələrinin (TM) və komplekt transformator məntəqələrinin (KTM) 50-dən çoxunda müxtəlif təyinatlı təmir işləri görülüb. "Azərenerji" ASC-dən SİA-ya verilən məlumata görə, ümumi gücü 2,6 MVA-ya yaxın olan 5 ədəd transformator da təmir edilərək şəbəkəyə qoşulub.

Qeyd edək ki, 10, 6 və 0,4 kV-lik hava elektrik verilişi xətlərində də əsaslı və cari təmir işləri aparılıb, istismara yararsız naqillər yeniləri ilə əvəz edilib.

Tovuz EŞ-də də müvafiq təmir-bərpa işləri aparılıb. Müəssisənin təsərrüfatında müvafiq hava elektrik verilişi xətləri və onların avadanlıqları cari və əsaslı təmir edilərək növbəti mövsümə hazır vəziyyətinə gətirilib. Belə ki, burada sözügedən dövr ərzində 6-10 kV-lik xətlərin 11 kilometrində, 0,4 kV-lik xətlərin isə 13 kilometrində müxtəlif təyinatlı təmir işləri aparılıb. Sözügedən dövr ərzində müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərin 7-də də müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. Eyni zamanda 38 ədəd transformator təmir edilərək istehlakçıların xidmətinə verilib.


Bütün xəbərlər Facebook səhifəmizdə