Sarkisyan Soçi şəhərinə işgüzar səfərə yola düşüb

Sarkisyan Soçi şəhərinə işgüzar səfərə yola düşüb

Ermənistan prezidenti Serj Sarkisyan Soçi şəhərinə işgüzar səfərə yola düşüb. SİA-nın erməni KİV-nə istinadən verdiyi məlumatına görə, səfər Rusiya prezidenti Dmitri Medvedevin dəvəti əsasında baş tutub.

Qeyd edək ki, bu gün Soçidə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə