“Azərbaycan-Türkiyə əlaqələri son 20 ildə: uğurlar və imkanlar“ adlı kitabın təqdimatı keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi(SAM) və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin(ATİB) birgə təşəbbüsü və dəstəyi ilə işıq üzü görən "Azərbaycan-Türkiyə əlaqələri son 20 ildə: uğurlar və imkanlar" adlı məqalələr toplusunun SAM-da təqdimat mərasimi keçiriləcək.
SAM-dan SİA-ya verilən xəbərə görə, kitabda son iyirmi ildə Azərbaycan və Türkiyə arasında əlaqələrin müxtəlif tərəflərini əks etdirən məqalələr toplanıb. Yeni nəşr Azərbaycan və Türkiyə arasında münasibətlərin inkişaf tarixi və perspektivləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Tədbirdə kitabın müəllifləri - Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanov, Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirinin müavini Yəhya Musayev, Azərbaycan Respublikası Təhsil nazirinin müavini Qulu Novruzov, millət vəkili Qənirə Paşayeva, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli Səfiri Hulusi Kılıç, eləcə də beynəlxalq münasibətlər üzrə ekspertlər Salih Polat, Abbas Hümmətov, Cavid Vəliyev, Gulmira Rzayeva, Hatəm Cabbarlı, Araz Aslanlı, Rəşad Rəsullu, Kənan Aslanlı və digər qonaqların iştiakı nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB