Ermənistan silahlı qüvvələrinin bölmələri atəşəsi pozub. Erməni ordusu yanvarın 22-də saat 16.50-dən 17.00-dək Ermənistanın Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 16.30-dan 16.35-dək Cəbrayıl rayonunun Mehdili kəndi, saat 16.40-dan 16.45-dək və 22.15-dən 22.20-dək Füzuli rayonunun Horadiz və Qorqan kəndləri, saat 20.45-dən 20.55-dək, 23.45-dən 23.55-dək Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli və Tağıbəyli kəndləri, yanvarın 23-də saat 06.20-dən 06.30-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB