Ermənistan Silahlı Qüvvələri yeddi istiqamətdə atəşkəs rejimini pozub

Ermənistan Silahlı Qüvvələri yeddi istiqamətdə atəşkəs rejimini pozub

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 22-də saat 16:50-dən 17:00-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 16:30-dan 16:35-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 16:40-dan 16:45-dək və 22:15-dən 22:20-dək Füzuli rayonunun Horadiz və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 20:45-dən 20:55-dək, 23:45-dən 23:55-dək Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli və Tağıbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən, yanvarın 23-də saat 06:20-dən 06:30-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə