Azərbaycan üzrə işçi qrupunun həmsədri Konqresdə 20 Yanvarla bağlı bəyanat verib
ABŞ Konqresində "Azərbaycan üzrə İşçi Qrup"un həmsədri, Konqresmen Bill Şuster Azərbaycanda 1990-cı ildə baş vermiş 20 Yanvar faciəsinin ildönümü münasibətilə Konqresdə bəyanat verib. Azərbaycanın Vaşinqtondakı səfirliyindən ANS PRESS-ə daxil olan məlumata görə, bəyanatda deyilir:
"Azərbaycan üzrə işçi qrupunun həmsədri kimi "Qanlı Yanvar" faciəsi günündə azərbaycanlıların hüznünə şərik çıxıram.
1990-cı il yanvar ayının 19-da təxminən 26 min nəfərlik Sovet ordusu Azərbaycanın paytaxtı Bakı şəhərinə tanklar və zirehli texnika ilə hücum edib. Həmin gecə Sovet hərbçiləri günahsız azərbaycanlılara hücum etdilər, qadınlar və uşaqlar da daxil olmaqla fərq qoymadan dinc nümayişçilərə silahdan atış açdılar. Azərbaycan mənbələrinin məlumatına görə, bu qəddar aktrlar vəhşilik nəticəsinə 131 nəfər öldürülüb, 611 nəfər yaralanıb, 841 nəfər həbs olunub və 5 nəfər itkin düşüb.
The Human Rights Watch beynəlxalq təşkilatı öz "Azərbaycanda Qara Yanvar" adlı hesabatında bildirib ki, Bakıya qoşun yeridilməsi zamanı insan hüquqlarının ən dəhşətli sürətdə pozulması qeydə alınıb, tibbi işçiləri, təcili yardım briqadası və hətta xəstəxanalar atəşə tutulub.
Bu hesabat onu göstərir ki, Sovet Ordusu təfərindən həyata keçirilən zorakılıq kollektiv cəzalandırma əmrinə əsaslanıb və Sovet hərbçiləri tərəfindən Bakıya verilən cəza yalnız Azərbaycanda deyil, eləcə də digər Sovet İttifaqı Respublikalarında millətçilərə xəbərdarlıq məqsədi daşıyıb.
Hadisədə həlak olmuş insanların xatirəsini yad etmək məqsədi ilə hər il yanvar ayının 20-də minlərlə insan Bakıda Şəhidlər Xiyabanına axın edir və bu onu göstərir ki, Qanlı Yanvar qurbanları öz canlarından boşuna keçməyiblər.
Qanlı Yanvar faciəsi zamanı törədilən vəhşiliklər Azərbaycan xalqının ruhunu məhv etmədi, əksinə ölkədə qalxan azadlıq hərəkatını daha da möhkəmlətdi və Azərbaycan xalqını azadlıq uğrunda mübarizədə birləşdirdi.
Bu gün Azərbaycan Amerika Birləşmiş Ştatlarının strateji müttəfiqidir və diplomatik əlaqələrin qurulmasının 20 illiyini qeyd etməyə hazırlaşır.
Gstərdiyi dostluğa görə, Azərbaycan xalqına minnətdarlığımı bildirməkdən şərəf hissi duyuram və Azərbaycanın azadlığı uğurunda öz canından keçmiş insanların ailələrinə başsağlığı verirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB