Qubada yağan güclü qar özü ilə problemlər gətirdi

Qubada yağan güclü qar özü ilə problemlər gətirdi

Yanvarın 20-dən başlayan kəskin hava şəraiti şimal bölgəsindəki yolları iflic vəziyyətə salıb. SİA-nın Şimal bölgəsinin verdiyi xəbərə görə, Quba-Tüləkaran-Zeyid yolundan istifadə edən sürücülər çox çətinliklə uaz markalı avtomobillərdən istifadə edirlər.

Axşam saatlarında Quba-İspik-Xınalıq, Quba-Qusar 12-km-lik yolun Alpan-Digah kənd ərazilərindəki enişli-yoxuşlu yollarda və Quba-Qonaqkənd-Xaltan yollarında avtomobillərin gediş-gəlişi məhdudlaşıb. Temperatur 5-6 dərəcə birdən-birə aşağı düşdüyündən əsasən axşam saatlarında yollarda buz qatını əmələ gətirib. Nəticədə isə nəqliyyatın hərəkəti çətinləşib. Belə ki, istisna hallarda qabaq və arxa ötürücüyə malik avtomobillərin gedişi bəzi yollarda mümkündür. Ən çox qar Qubanın Qrız kəndinə düşüb.

Qeyd edək ki, qarın yağması kənddə içməli su problemləri yaradıb.


Emin Kərimov


Bütün xəbərlər Facebook səhifəmizdə