Bu gün Fransanın Azərbaycandakı Səfirliyi qarşısında aksiya keçirilib - FOTOSESSİYA

Bu gün Fransanın Azərbaycandakı Səfirliyi qarşısında aksiya keçirilib - FOTOSESSİYA
Bu gün Fransanın Azərbaycandakı Səfirliyi qarşısında Beynəlxalq Diaspor Mərkəzi, Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi, Əsilsiz erməni İddiaları ilə Mübarizə Dərnəyinin Azərbaycan nümayəndəliyi və Azərbaycan - Türkiyə gənclərinin dostluq cəmiyyətinin təşkilatçılığı ilə aksiya keçirilib. SİA-nın məlumatına görə, 40-50 nəfərə yaxın insanın iştirak etdiyi aksiyanın əsas şüarları \"Fransaya stop\", \"Azərbaycan və Türkiyə birdir və bir olacaq\", \"Sarkoziyə ölüm\" və digər sözlər ilə öz etirazlarını bildiriblər.


Məlumat üçün bildirək ki, aksiyanın sonunda iştirakçılar Fransa Parlamentinə Müraciəti Səfirliyin qapısına qoyublar.


Qeyd edək ki, Fransa Parlamentinə Müraciətdə deyilir: \"Fransa senatının 107 il öncə baş verən tarixi hadisələri siyasiləşdirərək qondarma soyqırım kimi tanınması bə bunu tanımaynaları cərimə və 2 ilədək cəza verilməsi ilə bağlı qanunun qəbul edilməsi biabırçılıqdır. Bu qanun layihəsinin qəbul edilməsi Fransa- Türkiyə münasibətləri ilə yanaşı, Fransa- Azərbaycan münasibətlərinə də öz təsirini göstərəcək. Fransa Parlamentinin üzvləri əgər dünyada ədalətin bərpa olunmasını istəyirlərsə qondarma \"erməni soyqırımı\" əvəzinə 20 il əvvəl ermənilərin Xocalıda törətdiyi soyqırımı xatırlasınlar. Bu erməni vandalizmi yaddaşlardan hələ silinməyib.....\"

Bütün xəbərlər Facebook səhifəmizdə