Bölgələrə yağan qar bır sıra problemlər yaratsa da kəndlilər üçün əlverişli olub. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Bərdə, Tərtər və Ağdam rayonlarında gözlənilmədən yağan qar kəndliləri sevindirib. Aran-Qarabağ bölgəsində günəşli hava şəraitindən sonra yağan qar, kənd təsərrüfatı bitkilərin inkişafında mühüm rol oynayır.
Qardan sonra havaların şaxtalı keçməməsi dənli taxıl bitkilərinin inkişafına müsbət təsir göstərir.
Hazırda əkin sahələrində əsas üsütünlüyü təşkil edən taxıl, arpa, yonca sahələrini az da olsa yağan qar canlandırıb.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB