20 Yanvar faciəsi Şəmkir, Göygöl və Samux rayonlarında da anılıb

20 Yanvar faciəsi Şəmkir, Göygöl və Samux rayonlarında da anılıb

Şəmkir rayonunda 20 yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. SİA-nın bölgə müxbirinin məlumatına görə, mərasimdə rayon İcra Hakimiyyətinin rəhbəri Nazim Veyisov və digər rəsmilər iştirak edib. Şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksi önünə gül dəstələri düzülüb. Tədbirdə şagirdlərin iştirakı ilə ədəbi-bədii kompazisiya nümayiş etdirilib.

Samux rayonunda isə şəhidlərin xatirəsi rayonun Mədəniyyət Evinin foyesində təşkil olunan sərgi ilə anılıb. Burada torpaqlarımızın bütövlüyü ucrunda həyatını itirən həmvətənlərimizin qəhrəmanlığına həsr olunan rəsm əsərləri nümayiş etdirilib. Ardından tədbir şəhidlər kompleksində davam etdirilib. İcra hakimiyyətinin başçısı əbədi məşəl önünə gül dəstələri düzüb.

Göygöldə də şəhidlərin xatirəsinə həsr olunmuş mərasim keçirilib. Rayon icra hakimiyyətinin başçısı və digər şəxslər həmçinin sadə vətəndaşlar iştirak edib. Şəhidlərin ruhuna dualar oxunub və gül dəstələri düzülüb. Torpaqlarımızın azadlığını öz qanları bahasına təmin edən soydaşlarımızın ruhuna hörmət və ehtiram göstərilib.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə