20 Yanvar faciəsinin növbəti ildönümü respublikanın hər yerində olduğu kimi Gəncə şəhərində də anılıb. SİA-nın bölgə müxbirinin məlumatına görə, ötən illərdən fərqli olaraq faciənin builki ildönümü Gəncənin Şəhidlər xiyabanında geniş mərasimlə yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin o, cümlədən digər rəsmilərin qatıldığı mərasimdə 1990-cı ilin 20 Yanvar hadisələri bir daha xatırlanıb.
Bildirilib ki, Azərbaycan xalqının tarixinə qan yaddaşı kimi yazılan faciə insanların azadlıq arzusunun bariz nümunəsi olub. Keçmiş sovet rəhbərliyinin həyata keçirdiyi soyqırımı siyasəti soydaşlarımızın suveren yaşamaq arzusunu qıra bilməyib. Qanları bahasına şəhid olan 20 yanvar qurbanları bütün dünyaya azadlıq dərsi keçib. Rəsmi hissənin ardından şəhidləri məzarı ziyarət edilib, qəbirləri üstünə gül dəstələri düzülüb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB