20 yanvar faciəsinin 22-ci il dönümü Şirvan şəhərində də qeyd olundu - FOTOSESSİYA
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 20 yanvar faciəsinin 22-ci il dönümü hər yerdə olduğu kimi Şirvan şəhərində də qeyd olundu. SİA-nın Aran bürosunun məlumatına görə, qışın "oğlan çağı"nda hava şəraitinin kəskin dəyişməsi və qarın yağmasına baxmayarsaq şirvanlılar səhər saatlarından Şəhidlər Xiyabanına axışırdılar.
İcra hakimiyyətinin başçısı Mərdan Camalov məzuniyyətdə olduğu üçün onun səlahiyyətlərini icra edən iqtisadi məsələlər üzrə müavini Elman Abbasov, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri əvvəlcə Şəhidlər Xiyabanına gələrək abidə-məşəl kompleksini və Qarabağ döyüşlərində canından keçmiş şəhidlərin məzarlarının üzərinə gül dəstələri qoyaraq ziyarət etdilər. 20 Yanvar abidəsi qarşısında şəhər ictimaiyyətinin toplantısında İcra Hakimiyyəti başçısının müavini Elman Abbasov çıxış edərək XX əsrin sonunda, bu çətin yolda qurbanlar verməsindən və o zamankı Sovet imperiyasının əli yalın insanların üzərinə qoşun yeritməsindən, nəticədə 20 Yanvar faciəsinin baş verməsindən ətraflı danışaraq tarixi keçmişi yada saldı. 20 yanvar faciəsinin iştirakçılarının ifşa olunması və bu hadisəyə hüquqi qiymətin verilməsində Ümummilli lider Heydər Əliyevin tarixi qərarlarına toxunan natiq dünya ictimaiyyətinin məlumatlandırılmasına da toxundu.
Tədbirdə 20 yanvar şəhidi Elçin İmanovun müəlliməsi çıxış edərək onun məktəb illərindəki xatirələrindən danışdı. Məktəblilər faciə qurbanlarına həsr edilmiş şerlər söylədi. Din xadimi Axund Hacı Əvəz şəhidlərin ruhuna dualar oxudı. Saat 12:00-da 1 dəqiqəlik sükutla şəhidlərimiz yad edilərək nəqliyyat vasitələrinin hərəkəti dayandı və siqnal səsləri verildi. Tədbirin sonunda 20 Yanvar abidəsi ziyarət edildi, qarşısına gül dəstələri düzüldü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB