Füzulidən olan məcburi köçkünlər evlərinə qayıdır

Füzulidən olan məcburi köçkünlər evlərinə qayıdır

İşğal zamanı Ermənistan ordusu tərəfindən tamamilə darmadağın edilmiş Füzulinin cəbhə kəndlərində yaşayış bərpa edilir. SİA-nın Qarabağ bürosunu verdiyi xəbərə görə, Dövlət Proqramı çərçivəsində cəbhəyanı yaşayış məntəqələrində müharibə zamanı dağılan evlər mərhələli şəkildə bərpa olunaraq sakinlərin həyat şəraiti yaxşılaşdırılır.

Düşmən ordusu tərəfindən tez-tez atəşə tutulan cəbhə kəndlərində yaşamaq nə qədər çətin olsa da sakinlər təsərrfüfat işləri ilə məşğul olub, öz torpağını əkib biçir.

Son bir neçə ayda respublikamızın müxtəlif rayonlarda müvəqqəti məskunlaşan bir necə ailə geri qayıtmaq üçün rayon icra hakimiyyətinə müraciət edib. Ötən il 1400 nəfəri özündə cəmləşdirən 300-dən çox ailə köçkünlük həyatına son qoyaraq öz doğma dədə-baba yurduna qayıdıb.


Şamxal Adıgözəlov


Bütün xəbərlər Facebook səhifəmizdə