Sumqayıt şəhərində 20 Yanvar faciəsinin qurbanları anılıb

Sumqayıt şəhərində 20 Yanvar faciəsinin qurbanları anılıb

20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi respublikamızın hər bir yerində olduğu kimi Sumqayıt şəhərində də anılıb. SİA-nın xəbərinə görə, Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov başda olmaqla bütün idarə müəssisə orqanlarının rəhbərləri, ziyalılar, ictimaiyyət nümayəndələri Sumqayıtda ucadılmış 20 Yanvar şəhidlərinin abidəsini ziyarət edərək məzarları önünə əklil və gül-çiçək dəstləri düzüblər.

Daha sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan respublikasının dövlət himni səsləndirilib. İdarə müəssisə orqanları, ziyalılar, ictimaiyyət nümayəndələri həmçinin Bakı – Sumqayıt yolunda şəhidlərin əziz xatirəsinə ucadılmış abidəni də ziyarət edərək, onların ruhuna dərin hörmət və ehtiramlarını bildiriblər.


Bütün xəbərlər Facebook səhifəmizdə