İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami 20 yanvar faciəsinin 22-ci ildönümü münasibətilə Azərbaycan xalqına başsağlığı verib. Səfirlikdən SİA-ya göndərilən başsağlığı mətnində deyilir: "Azərbaycan Respublikasında milli matəm günü - 20 yanvarın 22-ci ildönümü münasibətilə dost və qardaş ölkə Azərbaycan Respublikasının hökumətinə və xalqına başsağlığı verirəm. Heç şübhəsiz ki, xarici müstəmləkə zəncirlərindən qurtuluş, azadlıq və müstəqilliyə qovuşmaq yolunda hər bir xalqın müqavimət hərəkatı şərəfli olmaqla yanaşı, tarix səhifələrinə əbədi həkk olunacaq.
Bu elə bir addımdır ki, onu İran İslam Respublikası da müstəqilliyə qovuşmaq və Qərb müstəmləkəçilərinin caynağından qurtulmaq üçün islam inqilabı ilə atıb və hal-hazırda da beynəlxalq zülmün hökmranlığına qarşı bu yolu davam etdirir. Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün davamlı və möhkəm olmasını arzu edir və bildirirəm ki, İran İslam Respublikası bu istiqamətdə hər zaman Azərbaycan Respublikasının hökumətini və xalqını dəstəkləyəcək. Allahın dərgahından bu faciəli hadisənin qurbanlarına rəhmət və onların ailələrinə səbr diləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB