20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Ottavada anım konserti keçirilib
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Kanadadakı səfirliyi tərəfindən Ottavada anım konserti keçirilib. Səfirlikdən SİA-ya verilən xəbərə görə, tədbirdə çıxış edən AR-in Kanadadakı səfiri Fərid Şəfiyev 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri olduğunu qeyd etmiş və həmin faciənin tarixi ilə bağlı iştirakçılara məlumat verib.
Daha sonra "Toronto Mendelssohn Trio" qrupunun ifasında Azərbaycan, Rusiya və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Konsertdə ilk dəfə azərbaycanlı bəstəkar Tofiq Bakıxanovun əsəri və 20 Yanvar faciəsi zamanı həlak olmuş İlham və Fərizə Allahverdiyevlərin xatirəsinə həsr olunmuş, Fikrət Əmirovun əsəri əsasında hazırlanan və Aleksandr Levkoviç tərəfindən yazılmış elegiya ifa olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB