Ombudsman 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
Ombudsman Aparatında 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar toplantı keçirilib. SİA-nın xəbərinə görə, müvəkkil çıxışında sovet imperiyasının Azərbaycana qarşı genosid siyasətinin tərkib hissəsini təşkil edən, insan hüquq və azadlıqlarının kütləvi pozulması ilə nəticələnib və tarixə 20 Yanvar faciəsi kimi düşmüş o qanlı hadisədən iyirmi iki il keçdiyini diqqətə çatdırıb. O qeyd edib ki, ən qanlı terror aktlarından biri olan bu faciədə Azərbaycan xalqına qarşı işlədilən cinayət, əslində bütün bəşəriyyətə, insanlığa qarşı həyata keçirilmiş müdhiş bir əməldir. Qeyri-insani rəftarın, işgəncələrin ən dəhşətlilərindən biri olan bu hadisə xalqımızın qan yaddaşına əbədi həkk olunun, Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi kimi tariximizə həm də qürur günü kimi yazılsın.
Bildirilib ki, ulu öndərin siyasi kursunu uğurla davam etdirən prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərir. Müvəkkil qeyd edib ki, xalqın həlak olan oğul və qızlarının milli azadlıq mübarizəsi uğrunda nümayiş etdirdiyi birliyi heç vaxt unutmayacaq, ölkənin bu günü və gələcəyi, taleyüklü prioritet məsələlərin həlli, qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, dövlətimizin daha qüdrətli olması naminə öz milli həmrəyliyini daha da möhkəmlədəcək.
Ombudsmanın qadın, uşaq, gənclər və ahıllar üzrə QHT şəbəkələrində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər davam etdirilib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB