Mətbuat Şurası və "Akkord" Qarabağ müharibəsi və Xocalı soyqırımı mövzularında müsabiqə elan edir

Mətbuat Şurası və "Akkord" Qarabağ müharibəsi və Xocalı soyqırımı mövzularında müsabiqə elan edir

Azərbaycan Mətbuat Şurası (MŞ) "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC ilə birlikdə Qarabağ müharibəsi və Xocalı soyqırımı mövzularında və publisistik məqalələrin müsabiqəsini elan edib.

Şuradan bildiriblər ki, müsabiqəyə məqalələrin qəbulu yanvarın 20-dən fevralın 20-dək davam edəcəkdir.

Müsabiqənin keçirilməsində məqsəd medianın Qarabağ müharibəsi həqiqətlərinin və Xocalı soyqırımının təbliğindəki rolunu artırmaq və KİV-lərin bu mövzuların təqdimatındakı fəaliyyətini stimullaşdırmaqdan ibarətdir.

Müsabiqəyə 2011-ci ilin son iki ayında və bu il fevralın 20-dək qəzet, jurnal, informasiya agentliklərində və xəbər portallarında dərc olunmuş nümunələr təqdim edilə bilər. Materiallar üçün həcm və dil məhdudiyyəti nəzərdə tutulmur. Yazılar müsabiqə üzrə Azərbaycan Mətbuat Şurasında fəaliyyət göstərəcək işçi qrupuna təqdim olunmalıdır.

Hər bir iştirakçı elektron və çap variantında olmaqla 1 material təqdim edə bilər. İştirakçılar materialların mətbu orqanında və ya internet portalda getdiyini təsdiq edən müvafiq KİV-in nömrələrini, həmçinin elektron linki də əlavə etməlidirlər.

Müsabiqənin mükafat fondu aşağıdakı kimidir:

I yer - 1 nəfər - 1000 manat.

II yer - 2 nəfər - 800 manat

III yer - 3 nəfər - 500 manat

Həvəsləndirici mükafat - 10 nəfər - 200 manat.

Qeyd edək ki, müsabiqə "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin maliyyə dəstəyi ilə reallaşan "Qarabağ müharibəsi və Xocalı soyqırımının mediada təbliğinə dəstək" layihəsi çərçivəsində keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə