YAP Ağcabədi rayon təşkilatı 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirib
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Ağcabədi rayon təşkilatının binasında İcra Hakimiyyəti YAP ərazi ilk partiya təşkilatı idarə heyətinin, Gənclər Birliyinin, Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ bölgəsi üzrə qərargahının təşkilatçılığı ilə 20 yanvar faciəsinə həsr edilmiş tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbiri YAP Ağcabədi rayon təşkilatının sədr müavini, aparat rəhbəri Nazim Bünyatov açıb. 20 yanvar şəhidlərinin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Qadınlar Şurasının üzvü Qəmzə Əkbərova çıxış edərək qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunları tərəfindən azadlıq mübarizəsinə qalxmış günahsız insanlar ağır texnika və avtomatik silahlarla güllə-boran edilmiş, qanlı faciə törədilib. Lakin bu qanlı aksiya insanları azadlıq mübarizəsindən çəkindirməyib, əksinə 20 yanvarda tökülmüş qan Respublikamızın müstəqilliyi uğrunda ölüm-dirim mübarizəsinə qalxmış azadlıq mücahidlərinin mübarizlik simvoluna çevrilib.
Ağcabədi rayon İcra Hakimiyyəti YAP ərazi ilk partiya təşkilatının sədri Eldəniz Qənbərov çıxış edərək qeyd edib ki, 20 yanvarda xalqımız böyük bir faciə ilə üzləşsə də, özünün vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini, sarsılmazlığını, bir daha nümayiş etdirib.
YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov çıxışında qeyd edib ki, bu faciəyə ilk olaraq öz etirazını bildirən isə ulu öndər Heydər Əliyev olub. Tədbirdə Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ bölgəsi üzrə qərargahının rəhbəri Radə Qafarovanın hazırladığı 20 yanvar faciəsinə həsr edilmiş video-film nümayiş etdirilib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB