Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi Əli Əhmədov partiyanın mənzil qərargahında Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Piter Beytmen ilə görüşüb. SİA-nın xəbərinə görə, tanışlıq xarakteri daşıyan görüşdə Azərbaycanla Böyük Britaniya arasında dinamik inkişaf edən əməkdaşlıq münasibətlərinin perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Əli Əhmədov görüşdə Yeni Azərbaycan Partiyasının yaranma tarixi, keçdiyi inkişaf yolu və Azərbaycanın ictimai - siyasi həyatındakı mövqeyi barədə səfirə ətraflı məlumat verib. Görüşdə Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirinin müavini Adrian Lee və YAP İcra katibinin müavini Mübariz Qurbanlı iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB