SİA məsələyə münasibət öyrənmək üçün \"Azərbaycan\" Nəşriyyatının rəsmilərinə müraciət edib. Bildiriblər ki, düzdür, \"Azərbaycan\" Nəşriyyatının əsaslı təmirə dayanması nəzərdə tutulub, amma prosesin nə vaxt başlanacağı dəqiq deyil, hazırda bu istiqamətdə konkret addım atılmayıb. Qəzetlərin narahatlığına əsas yoxdur.
Qeyd edək ki, "Azərbaycan" Nəşriyyatının əsaslı təmiri üçün hələ ötən il ölkə rəhbərliyə müraciət edilib və layihənin smeta dəyəri hesablanaraq təqdim olunub. Xatırladaq ki, "Azərbaycan" Nəşriyyatı 1974-cü ildən fəaliyyət göstərir. Ölkədəki ən böyük mətbəə-nəşriyyat komplekslərindən biri olan \"Azərbaycan\" Nəşriyyatı uzun illər istismarda olsa da, binada bu günə kimi əsaslı təmir işləri aparılmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB